İranın Hörmüz boğazını buna görə aça bilmir
11 aprel 2026 12:19 (UTC +04:00)

İranın Hörmüz boğazını buna görə aça bilmir

0

İran Hörmüz boğazını tam şəkildə aça bilmir, çünki körfəzin akvatoriyasında yerləşdirilmiş bütün minaları aşkar edib zərərsizləşdirmək çətin prosesdir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu vəziyyət yaxın vaxtlarda ABŞ ilə İran arasında Pakistanda keçirilməsi planlaşdırılan danışıqları çətinləşdirə bilər. Ehtimal olunur ki, İran bütün minaların yerləşdiyi yerləri qeydə almayıb və onların bəziləri su üzərində sərbəst hərəkət edir.

Mənbələr bildirir ki, dəniz minalarını zərərsizləşdirmək onları yerləşdirməkdən daha çətindir. Onlar həmçinin qeyd ediblər ki, ABŞ-ın genişmiqyaslı minatəmizləmə imkanları məhduddur.

Məlumata görə, İran strateji boğazı mart ayında kiçik gəmilər vasitəsilə minalayıb. Bu addım ABŞ və İsrailin ölkəyə qarşı silahlı əməliyyatlara başlamasından sonra atılıb.

Hazırda neft tankerlərinin və digər gəmilərin boğazdan keçidi demək olar ki, tam iflic vəziyyətinə düşüb. Bu isə enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasına səbəb olub və İrana həm müharibədə, həm də danışıqlarda əlavə təzyiq vasitəsi qazandırıb. Bildirilir ki, İran eyni zamanda rüsum ödəməyə razı olan bəzi gəmilər üçün keçidi açıq saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar