İranın Məşhəd şəhərində İsrail PUA-larını İran ərazisindən daşımaq üçün istifadə edilən daha bir pikap aşkarlanıb.
Lent.az həmin avtomobilin görüntülərini təqdim edir:
***
09:29
İranda Mossad casuslarına aid bir neçə avtomobil ələ keçirilib.
Lent.az İran telegram kanallarına istinadla bildirir ki, avtomobillərin içərisində kamikadze dronları var.
Ölkənin Kəşfiyyat Nazirliyi əhaliyə müraciətində bildirib ki, əgər hər hansı şübhəli fəaliyyət və ya pikapların, şübhəli yük maşınlarının hərəkətini müşahidə etsələr, bu barədə Kəşfiyyat Nazirliyinin xəbərlər mərkəzinə (113) məlumat verilsin.