Hörmüz boğazı AÇILDI -YENİLƏNİB
01 mart 2026 19:51 (UTC +04:00)

Hörmüz boğazı AÇILDI-YENİLƏNİB

0

Hazırda Hörmuz boğazını bağlamaq niyyətimiz yoxdur.

Lent.az-ın xəbərinə görə, bunu İran xarici işlər naziri Seyid Abbas Ərağçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

İran xarici işlər naziri bildirib ki, bu mərhələdə Hörmüz boğazını bağlamaqla istiqamətində hər hansı bir addım atmağı planlaşdırmırlar.

***

saat 13.17

İran hökuməti strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin tranzitini icazə verəcək.

Lent.az xəbər verir ki, bu barədə İran Ali Məsləhət Orqanın katibi bildirib.

Qeyd edilib ki, ABŞ hərbi gəmiləri isə hələ də İranın hücumları üçün qanuni hədəflər olaraq qalır.

***

28 fevral, saat 19.54

İran Hörmüz boğazını bağlayıb.

Lent.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata əsasən, SEPAH hazırda neft tankerlərinin ərazidən keçməsinə icazə vermir.

Qeyd edək ki, dünyanın 20 faiz neft tədarükü Hörmüz boğazından keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4953

Oxşar yazılar