Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən  narazıdır
23 noyabr 2024 13:17 (UTC +04:00)

Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazıdır

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin hərəkətlərindən narazılığını bildirib.

“Heç kim müxalifətdən razı deyil - nə mən, nə də əhali, çünki müxalifət başqa şeyə hazırlaşırdı. Biz nizamnaməyə (müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə islahat planı – red.) uyğun fəaliyyət planını bilirdik, hansı qanunlar qəbul olunmalı, növbəti seçkilərə necə getməli idik”, - Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Zurabişvili bildirib.

Prezidentin qeyd etdiyi kimi, siyasi partiyalar küçə etirazlarına yox, seçkilərə hazırlaşırdılar. "Daha çox koordinasiya olmalıdır, bu, insanların tələbidir", - deyib.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası” 53,93 faiz səslə qalib gələrək qanunverici orqanda 150 yerdən 89-unu qazanıb.

5 faizlik baryeri dörd müxalifət partiyası – “Dəyişiklik üçün Koalisiya”, “Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” və “Gürcüstan Naminə Qaxariya” keçib. Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkinin nəticələrini tanımaqdan imtina edib və mandatlarından imtina edəcəklərini bildiriblər. Müxalifət liderləri noyabrın 4-dən təkrar seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirirlər.

Həmçinin, seçkilərdən əvvəl müxalifətin “Gürcü arzusu” üzərində birgə qələbə qazanacağı təqdirdə “Gürcüstan Xartiyası”nın – vahid planının təşəbbüskarı olan ölkə prezidenti Salome Zurabişvili də səsvermənin nəticələrini saxta hesab edir. Bundan əvvəl o, Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət edərək parlament seçkilərinin Konstitusiyaya zidd elan edilməsini tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar