Fransanın paytaxtı Parisdə 150 milyon il əvvələ aid edilən Apatosaurus dinozavr skeletinin hərraca çıxarılması planlaşdırılır.
Lent.az xəbər verir ki, Parisin cənubundakı Dampier-en-Yvelines qalasında nümayiş olunan 21 metr uzunluğundakı Apatosaurus dinozavr skeletinin noyabrda hərraca çıxarılması planlaşdırılır.
Skeletin ilkin qiyməti isə hələ ki, müəyyən olunmayıb.