Əsəd rejiminin  daha bir cinayəti ÜZƏ ÇIXDI:  evlər məzarlığa dönüb
05 mart 2025 14:50 (UTC +04:00)

Əsəd rejiminin daha bir cinayəti ÜZƏ ÇIXDI: evlər məzarlığa dönüb

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən 3 ay sonra onun cinayətləri ilə bağlı araşdırmalar davam edir. Ölkə vətəndaşları diktatorun hakimiyyəti dövründə sadiq qüvvələrin törətdiyi qırğınların yeni sübutlarını daha çox görürlər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, xilasetmə xidmətlərinə evlərində məhv edilmiş bütöv ailələrin qalıqları barədə həyəcanlı xəbərlər daxil olub.

Dəməşq yaxınlığındakı Sbeyn bölgəsində dağılmış binalardan birinin zirzəmisində yanan sümük yığını aşkar edilib. Mülki müdafiə işçiləri qurbanların dəqiq sayını müəyyən etməkdə çətinlik çəkiblər, lakin ilkin hesablamalara görə, azı 20 cəsəd var. Qalıqların yanından güllə gilizləri tapılıb, kəllələrdən biri azyaşlı uşağa məxsus olub.

Qonşu Həcər Əsvədin sakinləri bildiriblər ki, vətəndaş müharibəsi zamanı yüzlərlə suriyalı Sbeyndan keçərək qaçmağa cəhd edib, lakin izsiz yoxa çıxıblar. İllər sonra əraziyə qayıdanlar onlarla cəsədlə rastlaşsalar da, rejimin repressiyalarından qorxaraq bu barədə məlumat verməkdən çəkiniblər.

Məhkəmə ekspertləri və müstəntiqlər deyirlər ki, Sbeyndəki qalıqlar dinc əhalini qorxutmaq üçün sadiq qüvvələr tərəfindən həyata keçirilən cəza əməliyyatlarının sübutudur. Bu kütləvi terror aktları üsyançıların nəzarətində olan ərazilərdə müqaviməti yatırmaq məqsədi daşıyıb.

“Ağ Dəbilqəlilər” xilasetmə təşkilatı indiyədək üç zirzəmidən 50-yə yaxın cəsədin çıxarıldığını, lakin ərazidəki digər yeddi yerin hələ də tədqiq edilmədiyini bildirib. Suriyanın digər bölgələrində kanalizasiya borularında, quyularda və tərk edilmiş binalarda da hələ də insan qalıqlarına rast gəlinir.

Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, rejim həbsxanalarında 100 minə yaxın insan itkin düşüb. Lakin aşkar edilmiş çoxsaylı kütləvi məzarları nəzərə alsaq, qurbanların real sayı daha çox ola bilər.

Məhkəmə ekspertləri xəbərdarlıq edir ki, cəsədlərin DNT testi vasitəsilə şəxsiyyətinin müəyyən edilməsi prosesi illər çəkə bilər və Əsəd rejiminin törətdiyi vəhşiliklərin miqyası yalnız bütün eksqumasiya işləri başa çatdıqdan sonra bəlli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar

Kişiyə doğuş sancısı  verildi, görün nə oldu?

Kişiyə doğuş sancısı verildi, görün nə oldu?

5 mart 2025 , 17:38
Ən seksual  idmançıdan yeni FOTO

Ən seksual idmançıdan yeni FOTO

5 mart 2025 , 13:19
125 milyon il əvvəl yaşamış nəhəng əqrəbin  qalıqları tapıldı

125 milyon il əvvəl yaşamış nəhəng əqrəbin qalıqları tapıldı

5 mart 2025 , 12:14
Tramp: Zelenski danışıqlara hazırdır

Tramp: Zelenski danışıqlara hazırdır

5 mart 2025 , 08:16
"Real"dan qələbə,  "Arsenal"dan darmadağın

"Real"dan qələbə, "Arsenal"dan darmadağın

5 mart 2025 , 02:23
Kiyevdə partlayışlar  baş verdi

Kiyevdə partlayışlar baş verdi

5 mart 2025 , 01:16
Parlamentdə  DAVA:   Müxalifət  məşəl yandırdı   -  VİDEO

Parlamentdə DAVA: Müxalifət məşəl yandırdı - VİDEO

4 mart 2025 , 16:02
Cinayətkarlar Putindən  daha təhlükəlidir   – Tramp

Cinayətkarlar Putindən daha təhlükəlidir – Tramp

4 mart 2025 , 15:55