Ermənistanda polis öz övladını öldürməyə cəhddə şübhəli bilinən qadını saxlayıb.
Lent.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə Debed çayının sahilində baş verib.
Hadisə yerinə xilasedicilər cəlb edilsə də, azyaşlını Lori rayonunun Alaverdi şəhər sakini 32 yaşlı Jirayr Poqosyan xilas edib.
O, dostu ilə birlikdə körpəni tibb məntəqəsinə aparıb. İlkin məlumata görə, uşağın həyatı üçün təhlükə yoxdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, uşağın anası əvvəlcə qızının təsadüfən çaya düşdüyünü bildirib. Daha sonra o, ifadəsində qızını qəsdən 3-4 metr hündürlükdən çaya atdığını etiraf edib.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
30 yaşlı qadın həbs edilib.