
Ərdoğan: “Dilimiz fransız və ingilis mənşəli ifadələrlə doludur”

“Milli kimliyimizin və yaddaşımızın daşıyıcısı olan türkcəmizə təəssüf ki, layiqincə diqqət yetirmirik. Dillərini qorumayan millətlər, kökləri quruyan ağaclar kimi küləklər qarşısında yıxılmağa məhkumdur”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin mədəni irslə bağlı mükafatlandırma mərasimində danışarkən bildirib.
Ərdoğan deyib ki, Türkiyədə mütəxəssislər mədəniyyət hadisələrini çox vaxt dil məsələsi xaricində dəyərləndirirlər ki, bu da yanlışdır.
“Dilimiz bir müddətdir fransız mənşəli, son zamanlarda isə ingilis mənşəli ifadələrlə doludur”, deyən Türkiyə Prezidenti bu mənzərənin sosial media vasitəsilə daha dəhşətli vəziyyətə düşdüyünü vurğulayıb. Qeyd edib ki, türkcəni qorumaq türk mədəniyyətini və millətini qorumaq deməkdir: “Gələcəyimizə qoyacağımız ən böyük sərmayələrdən biri, özümüzdən əvvəlkilərin səhvlərini təkrarlamadan xarici dillər işğalına qarşı türkcəmizi inkişaf etdirmək və qorumaq olacaq. Dil bir canlı varlıq olaraq hər canlı kimi qayğı tələb edir. Bu baxımdan bir çox sektorun üzərinə vacib vəzifələr düşür”.

Oxşar yazılar

5 milyard sərvəti olan deputat qəzada öldü
8 mart 2021 , 04:18
Qandonduran hadisə: 1 qadın, 3 azyaşlı - BIÇAQLA DEŞİK-DEŞİK EDİLMİŞ CƏSƏDLƏR...
8 mart 2021 , 02:11
Bu ölkədə vaksin vurulan qadın öldü, istifadəsi dayandırıldı
7 mart 2021 , 18:45
Səs yazısı aləmi qarışdırdı
7 mart 2021 , 17:47
Bu ölkədə hicab və çadra qadağan edilə bilər
7 mart 2021 , 12:07
Qonşu ölkədə qorxu yaradan ölümlər
7 mart 2021 , 10:59
Roma Papası ilk dəfə İraqa gəldi
7 mart 2021 , 08:47
20 illik həbsdən sonra günahsız olduqları bilindi
7 mart 2021 , 07:42