Dünyanın ən bahalı avtomobili istehsal olundu - 30 milyon dollar
02 mart 2024 17:35 (UTC +04:00)

Dünyanın ən bahalı avtomobili istehsal olundu - 30 milyon dollar

“Rolls-Royce” şirkəti hazırda dünyanın ən bahalı avtomobili sayılan yeni “Arcadia Droptail” kabrioletini təqdim edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, avtomobil Sinqapurdan olan müştərinin sifarişi ilə yaradılıb. Avtomobil 600 at gücü olan 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin salonu bahalı dəri və qızılgül kolları ilə bəzədilib. Onu yaratmaq üçün “Rolls-Royce” işçiləri səkkiz min saatdan çox işləyiblər. Bundan əlavə, işçilər tablosuna saatın hazırlanmasına iki il beş aydan çox vaxt sərf olunub.

“Rolls-Royce Arcadia Droptail”in kuzovu günəşdə parıldayan alüminium və şüşə hissəciklərindən ibarət unikal ağ mina ilə boyanıb.

Avtomobilin dəyəri 30 milyon dollar təşkil edib.

# 4080
avatar

Oxşar yazılar