Daşqında ölənlərin sayı 50-ə çatır - YENİLƏNİB
04 dekabr 2023 01:09 (UTC +04:00)

Daşqında ölənlərin sayı 50-ə çatır - YENİLƏNİB

Tanzaniyanın şimalında baş verən daşqında ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Təbiət hadisəsi 47 nəfərin ölümünə səbəb olub, 85-i isə yaralanıb.

Ən çox zərər çəkən ərazi Hananq olub.

Yerli hakimiyyət orqanları onlarla insan itkin düşdüyünü ölənlərin sayının artacağını bildirib.

***

03.12.2023

Saat 22:35

Tanzaniyanın şimalında leysan yağış daşqına səbəb olub.

APA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Hadisə zamanı 20 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

Daşqın nəticəsində bir çox evlər zərər görüb.

Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4449
avatar

Oxşar yazılar