Koronavirusa qarşı iksir icad etdiyini iddia edən Şri-Lanka vətəndaşı Eliyantha Vhite koronavirusdan ölüb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, 48 yaşlı Vhitenin hazırladığı iksiri tərifləyən keçmiş səhiyyə naziri də koronavirusa yoluxaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Vhite Şri-Lankanın naş naziri Mahinda Rajapaksa və ölkənin bir çox məşhurlarını müalicə etdikdən sonra şöhrət qazanmışdı. Həkimlər onun müalicə üsullarını şübhəli hesab edirdilər.