Nigerdə dövlət çevrilişinə cəhd edilib.
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, paytaxt Niameydə hərbçilər prezident ofisinin binasını mühasirəyə alıblar.
Ölkə prezidenti Məhəmməd Bazum və ailəsinin sayı məlum olmayan bir qrup üsyançı tərəfindən saxlandığına dair məlumatlar da var.
Digər məlumata görə, prezident azadlıqdadır və artıq hərbçilərlə danışıqlara başlayıb.
Amma ölkənin paytaxtının küçələrində nə ağır hərbi texnika var, nə də atəş səsləri eşidilir.