Bəşər Əsədin  Moskvadakı hobbisi   hamını təəccübləndirdi
11 oktyabr 2025 14:50 (UTC +04:00)

Bəşər Əsədin Moskvadakı hobbisi hamını təəccübləndirdi

0

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrilməsindən sonra yaşadığı Moskvada onlayn oyunlara maraq salıb. Məlumata görə, 60 yaşlı siyasətçi həm Moskva ətrafındakı bağ evində, həm də “Moskva-Siti”dəki mənzilində vaxtının böyük hissəsini kompüter oyunları oynamaqla keçirir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Əsədin videooyunlara marağı yeni deyil. Hələ 2016-cı ildə o, boş vaxtlarında kompüter oyunları oynadığını etiraf etmişdi. O, Atari şirkətinin “Space Invaders” (“Kosmik işğalçılar”) oyununu bitirdiyini demişdi.

Mənbələrin bildirdiyinə görə, Əsəd vaxtaşırı Moskva ətrafındakı bağ evində olur, həmçinin “Moskva-Siti”nin birinci mərtəbəsində yerləşən ticarət mərkəzinə baş çəkir. Bu iş mərkəzinin sol qülləsində təxminən 20 mənzil keçmiş prezidentin ailəsinə məxsusdur.

Qeyd edək ki, Bəşər Əsəd 2023-cü ildə Suriyada baş verən genişmiqyaslı hərbi çevriliş nəticəsində devrilib. Qərb ölkələrinin dəstəyi ilə hərəkət edən müxalifət koalisiyası Dəməşqi ələ keçirib. Rejimin süqutundan sonra Əsəd Rusiya hərbçilərinin köməyi ilə gizli şəkildə ölkəni tərk edib.

Mənbələrin məlumatına görə, Əsəd ailəsi rejimin süqutundan əvvəl böyük maliyyə aktivlərini xaricə köçürüb, bu da onlara “Moskva-Siti”də daşınmaz əmlak almağa imkan yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar