Avtobus PARTLADI:  Ölənlər var -VİDEO
05 yanvar 2025 01:07 (UTC +04:00)

Avtobus PARTLADI: Ölənlər var -VİDEO

Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Pakistanın “DAWN” agentliyi məlumat yayıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, partlayış Kəraçidən Turbat istiqamətində hərəkət edən avtobusda baş verib. Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda partlayışla bağlı hərtərəfli araşdırma aparılır.

Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb.

Pakistanın baş naziri Şehbaz Şərif hücumu pisləyib.

“Terrorçular öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Hökumət və təhlükəsizlik qüvvələri terrorçulara qarşı fəal mübarizə aparır”, - baş nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390

Oxşar yazılar

"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi

NASA “super-Yer” planeti kəşf etdi

17 iyul 2025 , 04:11