Almaniyanın federal kansleri Angela Merkel
23 sentyabr 2021 11:48 (UTC +04:00)

Almaniyanın federal kansleri Angela Merkel

Angela Merkel üçün oyuncaq ayı hazırlandı - QİYMƏTİ İSƏ...

Almaniyanın kansleri vəzifəsindən getmək ərəfəsində olan Angela Merkel üçün 500 oyuncaq ayı hazırlanıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, sentyabrın 26-da Almaniyada keçirilməsi planlaşdırılan seçkilərdən sonra Merkelin istefası gözlənilir.

Təxminən 40 santimetr uzunluğunda olan oyuncaq ayının saç və geyim üslubu, hətta əllərini birləşdirməsi Angela Merkelə bənzəyir.

376 manata satılacaq oyuncaq ayıdan bir ədədinin Merkelə göndəriləcəyi bildirilir.

Qeyd edək ki,  bundan öncə ABŞ prezidenti Barak Obama, Almaniyanın keçmiş kansleri Helmut Şmidt və Britaniya kraliçası II Yelizaveta üçün də oyuncaq ayılar hazırlanmışdı.

# 2367
avatar

Nigar Adil

Oxşar yazılar