Anasının meyitini 3 il dondurucuda  saxlayıb pensiyasını   aldı
21 aprel 2026 14:30 (UTC +04:00)

Anasının meyitini 3 il dondurucuda saxlayıb pensiyasını aldı

0

Böyük Britaniya sakini Kristofer Fillips anasının meyitini üç il gizlədib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, anası Silviya Fillips ilə eyni evdə yaşayıb. 

Qadının həkimi uzun müddətdir onu görmədiyini və vəziyyətindən narahat olduğunu bildirərək polisə xəbər verib. Evdə aparılan baxış zamanı polis dondurucuda insan qalıqları aşkar edib. Ekspertiza nəticəsində onların Silviyaya aid olduğu müəyyənləşib. Qadının ölüm səbəbi hələ məlum deyil.

İstintaq zamanı məlum olub ki, Kristofer 89 yaşlı anasının qalıqlarını üç il dondurucuda saxlayıb və bu müddət ərzində onun pensiyasını almağa davam edib.

Hələ ki, kişiyə hökm oxunmayıb. Onun vəkili Rut Smit psixiatrik ekspertiza aparılana qədər yekun məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Smit müştərisinin psixi cəhətdən sağlam olmadığını sübut etmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar