Rusiyalı şair, aktyor və musiqiçi Vitali Oqorodnikov 66 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, aktyora altı ay əvvəl “Soyuq olmasın” adlı qısametrajlı filmdəki rolundan qısa müddət sonra dəhşətli xəstəlik diaqnozu qoyulub. Belə ki, yoxlama zamanı onda ağ ciyər xərçəngi olduğu üzə çıxıb.
O, dünyanı velosipedlə gəzməyi planlaşdırıb. Lakin Madridə çatanda bunu edə bilməyəcəyini başa düşüb.
Qeyd edək ki, mərhum aktyor “Soyuq olmasın” filmində peyğəmbər rolunu oynayıb.