Aeroportun tualetində itini boğdu - DƏHŞƏT
22 mart 2025 13:02 (UTC +04:00)

Aeroportun tualetində itini boğdu - DƏHŞƏT

ABŞ-da 57 yaşlı Alison Agatha Lourens Kolumbiyaya uçmaq üçün itini Orlando hava limanının tualetində boğub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə dekabrın 16-da baş versə də, indi məlum olub.

“Orlando Sentinel”in verdiyi məlumata görə, qadın Boqotaya uçmaq istəsə də, heyvanların daşınması ilə bağlı məhdudiyyətlərlə üzləşib. Bu problemin öhdəsindən gəlmək üçün o, doqquz yaşlı miniatür şnauzeri “Tywinn” adlı itini tualetdə boğmaq və sonra cəsədi zibil qutusunda gizlətməyi düşünüb.

Hava limanının işçisi polisə deyib ki, o, qadının yerdən su və it yeməyi sildiyini görüb. Müşahidə videosu əsasında şübhəlinin şəxsiyyəti müəyyən edilib.

Həbsindən sonra Lourens 5 min dollar girov müqabilində sərbəst buraxılıb. O, Florida qanunlarına görə, üçüncü dərəcəli cinayət sayılan heyvanlara qarşı şiddətli amansızlıqda ittiham olunur.

Hüquq-mühafizə orqanları bildirib ki, itin cəsədi yaş olub, üzərində sahibinin adı və əlaqə nömrəsi olan yaxa və etiket taxılıb. Heyvanın üstündə “xidmət iti” yazılmış qoşqu da olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar

İmamoğlunun ifadə vermə prosesi başa çatdı   -YENİLƏNİB

İmamoğlunun ifadə vermə prosesi başa çatdı -YENİLƏNİB

23 mart 2025 , 09:06
İsrail Qəzzanı VURDU:  18 nəfər öldü

İsrail Qəzzanı VURDU: 18 nəfər öldü

23 mart 2025 , 08:46
Mask Baydeni ifşa etdi

Mask Baydeni ifşa etdi

23 mart 2025 , 05:32
Türkiyədə aksiyalarda iştirak edən 323 nəfər saxlanıldı

Türkiyədə aksiyalarda iştirak edən 323 nəfər saxlanıldı

23 mart 2025 , 04:37
Ukrayna-ABŞ  görüşünün yeni tarixi açıqlandı

Ukrayna-ABŞ görüşünün yeni tarixi açıqlandı

23 mart 2025 , 01:46
Təyyarə aviaşou zamanı yerə çırpıldı

Təyyarə aviaşou zamanı yerə çırpıldı

22 mart 2025 , 23:46
ABŞ bir gün ərzində 1000 “qızıl viza”  satdı

ABŞ bir gün ərzində 1000 “qızıl viza” satdı

22 mart 2025 , 21:52
ABŞ "Qızıl Qübbə"  hazırlayır

ABŞ "Qızıl Qübbə" hazırlayır

22 mart 2025 , 20:47