ABŞ İrana qarşı özünümüdafiə məqsədli zərbələrə başladı
10 iyun 2026 01:37 (UTC +04:00)

ABŞ İrana qarşı özünümüdafiə məqsədli zərbələrə başladı

0

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələrə başladığını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da Ali Baş Komandanın göstərişi ilə İrana qarşı özünümüdafiə məqsədli zərbələr endirməyə başlayıb. Bu əməliyyat dünən ABŞ Ordusuna məxsus ‘Apache’ helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir”, – paylaşımda qeyd olunub.

Açıqlamada bildirilir ki, əməliyyat İranın “əsassız təcavüzünə” qarşı proporsional cavab xarakteri daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar