Rusiyada təyyarə qəzası: 4 nəfər həlak oldu
18 aprel 2020 12:04 (UTC +04:00)

Rusiyada təyyarə qəzası: 4 nəfər həlak oldu


Rusiyanın Xabarovsk vilayətində L-4 tipli şəxsi təyyarə qəzaya uğrayıb. 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində pilot və üç sərnişin həlak olub. 

Həlak olanların dördünün də meyiti tapılıb. Ölənlərin arasında yerli biznesmen İlya Karabutun da olduğu söylənilir.

Qəzanın pilotun səhvi və ya texniki nasazlıq üzündən baş verə biləcəyi düşünülür.

Hadisə ilə bağlı cinayət işi açılıb, mütəxəssislər tərəfindən qəza yerinə baxış keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294
avatar

Oxşar yazılar