Qorxulu yuxular faydalı imiş
30 noyabr 2019 14:42 (UTC +04:00)

Qorxulu yuxular faydalı imiş

İsveçrə və ABŞ alimlərinin apardığı araşdırmaya görə, gecə görülən qorxulu yuxular beyin üçün olduqca faydalıdır.

Lent.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yatarkən qorxulu yuxulara reaksiya vermək, beyini daha da aktivləşdirir.

Cenevrə Universitetinin tədqiqatçısı Lampros Perogamvros isə qeyd edib ki, bu cür yuxular real həyatda rastlaşacağımız təhlükələrə bizi hazır edir. Beləcə, hansısa təhlükə ilə rastlaşdığımızda, öhdəsindən gəlməyə hazır oluruq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1861

Oxşar yazılar