Koronavirus İranda indiyədək 27888 nəfəri öldürüb
08 oktyabr 2020 15:31 (UTC +04:00)

Koronavirus İranda indiyədək 27888 nəfəri öldürüb

İranda ötən sutka ərzində 230 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 27888 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  4392 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 488 236 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək  399300 nəfər  koronavirusdan sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418
avatar

Oxşar yazılar