Gürcüstanın Şatili kəndi ərazisində mikroavtobusun 80 metr yüksəklikdən uçuruma aşması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
APA yerli KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında 1 nəfər Kanada vətəndaşıdır.
Şahidlərin dediyinə görə, yüksək sürətlə hərəkətdə olan mikroavtobus əvvəlcə qarşıdan gələn avtomobilə çırpılıb, sonra uçruma aşıb.
***
23 avqust, saat 23:36
Gürcüstanın Şatili kəndi ərazisində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.
Qalan sərnişinlərin axtarışı davam edir.
Faktla bağlı araşdırma başlanılıb.