Edam koronavirusa görə təxirə salındı
18 mart 2020 18:31 (UTC +04:00)

Edam koronavirusa görə təxirə salındı

 

ABŞ-ın Texas ştatının Apelyasiya məhkəməsi 3 nəfəri öldürdüyünə görə mühakimə olunan şəxsin edam hökmü qərarının icrasını koronavirusun yayılması təhlükəsi səbəbindən təxirə salıb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, Con Uilyam Hammel barəsində 2011-ci ildə hamilə arvadını, qayınatası və 5 yaşlı qızını öldürdüyünə görə ölüm hökmü çıxarılıb. Hökm bu il martın 18-də icra olunmalı idi.

Edamın təxirə salınmasının səbəbi isə hökmün icrası zamanı kiçik ərazidə çox sayda insanın iştirakıdır. Bu zaman koronavirusun yayılmasından ehtiyat edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145
avatar

Oxşar yazılar