Türkiyədə sosial media üzərindən 260 qadına erotik mesaj yazan N.T. həbs olunub.
Lent.az yerli mətbuata istinadən bildirir ki, 54 yaşlı, 4 uşaq atasının telefonuna baxış zamanı onun 260 qadına pornoqrafik video və fotoşəkillər, erotik mesajlar göndərdiyi müəyyən edilib.
Qadınlara erotik mesaj yazan N.T.
İfadəsi alınan N.T. pandemiya zamanı darıxdığı üçün qadınlara erotik mesaj yazdığını bildirib. Onun iki telefon xəttindən istifadə etdiyi və fərqli adlarla sosial media hesabları açdığı da ortaya çıxıb.
Peşman olduğunu deyən N.T. məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.