Dünyanın ən yaşlı kişisi öldü
0
0
Lent.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, 1896-cı il sentyabrın 21-də doğulan Byorninq 114 yaşında Montana ştatında dünyasını dəyişib.
1918-ci ildə Montanaya köçən Uolter Byorninq 50 il ərzində dəmir yolu şirkətində çalışıb. Ömrünün son illərini Qreyt-Fols şəhərindəki qocalar evində yaşayıb. O, tamamilə tək olub: uşaqları olmayıb, həyat yoldaşı isə 1957-ci ildə vəfat edib.
Uolter həmişə adamları ölümdən qorxmamağa çağırıb: “Ölməkdən heç bir zaman qorxmayın. Si ölmək üçün doğulmusunuz”.
Dünyanın ən yaşlı kişisi son ana qədər yaxşı fiziki formada olub və əqlini saxlayıb. Bu il aprelin 4-də “Great Falls” xəstəxanasına düşüb və 4 gün sonra oradaca təbii səbəblərdən keçinib.
O, dünyanın ən yaşlı kişisi olmaqdan əlavə, həm də dünyada ikinci yaşlı adam olub.