Misirdə yenə qan axır
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Port-Said şəhərində icra hakimiyyətinin binası yandırılıb. Bir neçə min insan hücum çəkərək binaya daş və butulkalarda yandırıcı maddələr atıb. İnsanlar 3 min nəfərin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı şəhər administrasiyasına müraciətinin zibil qutularına atılmasından xəbər tutandan sonra küçələrə çıxıblar.
Paytaxt Qahirədən cənub-qərbdə yerləşən El-Vadi əl-Qadid əyalətində də kütləvi iğtişaşlar 2 gündür ki, davam edir. Dünən 60-dan çox insan əyalətin inzibati mərkəzi El-Xarqa şəhərində polislə qarşıdurmada xəsarət alıb. Əyalət sakinləri yerli əhali ilə mehriban münasibət saxlamayan polis rəisinin şəhərə qayıtmasından sonra küçələrə çıxıblar. Bu gün polislə qarşıdurmalarda 1 nəfər ölüb, onlarla insan xəsarət alıb. Polis aksiyaçılara qarşı gözyaşardıcı qaz, təzyiqli su və döyüş güllələrindən istifadə edib.
Qahirənin Təhrir meydanında da minlərlə insanın iştirak etdiyi aksiya davam edir. Şəhərdə ümumi vəziyyət isə stabildir. Cümə günü günorta namazından sonra böyük kütləvi aksiyanın keçirilməsi nəzərdə tutulur.

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38