Dünyanın ən bahalı milyonu
Ölkələr, hansı təqvimlə yaşamalarından asılı olmayaraq, illik fəaliyyətlərinin ən azından qeyri-rəsmi nəticəsini məhz bu ay çıxarırlar. Dekabr həm də müxtəlif ödüllərin, hədiyyələrin paylandığı aydır. Heç kəsə sirr deyil ki, dünya miqyasında sayılan mükafatlar sırasında Nobel mükafatı birinci yerdə durur. Və bu birinciliyin meyarı qətiyyən məbləğ deyil - burda söhbət məxsusi, ecazkar, dəbdəbəli, bir az da mistik mərasimdən, onun etiketindən, protokolundan gedir.
Nobel mükafatı laureatlarını İsveçin Kral akademiyası oktyabrda müəyyən etsə də, məntiqi nəticə məhz dekabrda, təqdimat mərasimində vurulur. Dünyanın ən böyük fizikləri, kimyaçıları, bioloqları, iqtisadçıları, həkimləri və yazıçıları şan-şöhrətin ən uca zirvəsinə qalxırlar. Diqqət yetirdinizsə, nə qədər qəribə olsa da, bu siyahıda riyaziyyatçılar yoxdur. Görəsən Nobel tətbiqi və nəzəri elmlərin şahı sayılan riyaziyyatı niyə unudub? Bu sualın cavabını tarixin artıq çoxdan mübhəm qalmış səhifələrində axtarmaq gərəkdir. Amma Nobelin həyatını araşdıran tədqiqatçılardan biri yazırdı ki, görkəmli alimin sevgilisi bir riyaziyyatçıya aşiq olaraq ona xəyanət edib. Və Nobel də öz vəsiyyətnaməsində təsis etdiyi mükafatın nominasiyaları arasında riyaziyyatın üstündən xətt çəkməklə, bir zamanlar sevdiyi qadından da, onun “saqqızını oğurlayan” riyaziyyatçıdan da, həmin riyaziyyatçının bütün dövrlərdəki məsləkdaşlarından da çox acı intiqamını alıb. Nə deyəsən...
Ümumiyyətlə Alfred Nobelin şəxsiyyəti ətrafında çox söz-söhbət dolaşır. Orta səviyyəli alim imiş, bütün ömrünü məzmunu indi kimsəyə bəlli olmayan əhəmiyyətsiz araşdırmalara sərf edirmiş. Və günlərin birində, qəflətən dinamitin kəşfi onun qismətinə düşür. Şöhrət də, pul-para da Nobelin əlinə dinamitdən sonra keçir...
Onun kəşfi yer üzündə saysız-hesabsız dağıntılara rəvac verir və alim həyatının yetkin çağlarında öz peşmançılığını dilinə dəfələrlə gətirir. Lakin sonrakı peşmançılığın... dalını özünüz bilirsiniz...
“Həkimi mərhəmətli olsaydı, onun miskin həyatına elə doğuşdaca son qoyardı...
Bu məxluqun yeganə məziyyəti: Dırnaqlarını son dərəcə təmiz saxlaması, bir də ömrü boyu kimsəyə yük olmaması.
Əsas çatışmazlıqları: Ailəsi yoxdur, murdar xasiyyəti və pozulmuş mədə-bağırsaq sistemi var. Başlıca arzusu: Kaş onu diri-diri basdırmasınlar.
Ən böyük qüsuru: Mamonaya (qədim suriyalılarda var-dövlət, sərvət ilahisi) ibadət etməməsi. Həyatında mühüm hadisələr: Yoxdur”.
Bu sözləri Nobel özü barədə öz əliylə yazıb...
Və bütün bunlara baxmayaraq, ildə bir dəfə Alfred Nobelin iradəsini yerinə yetirmək üçün İsveç kralı səhnəyə çıxıb laureatları təbrik edəndə bütün Stokholmda həyat durur. Fəzaya elə bir sükut hakim kəsilir ki, kralın çəkmələrinin səsi mərasim keşirilən zalın o başında belə aydın duyulur.
Par-par yanan bu zaldakı hər şey göz qamaşdırır. Adama elə gəlir ki, Milad bayramları vaxtından qabaq yetişib, elə indicə fişənglər partlayacaq, əyinlərində bayram əbası olan kral və kraliça isə səhnədə qədim bir rəqsə başlayacaqlar...
Əlahəzrət və Ülyahəzrətdən bir qədər aralı isə az qala mistik təsir bağışlayan, zaldakıları öz ecazına qərq etmiş mərasimin “boz kardinalı”, Nobel fondunun sədri Mixael Sulman yad gözlərdən gizlənir. Ona bütün mərasimin ən xırda təfərrüatı belə qabaqcadan bəllidir və indi onun vəzifəsi təqdimat mərasiminin yalnız protokola tam uyğun şəkildə davam etməsinə nəzarətdir.
Sulmanın başlıca rəsmi vəzifəsi Nobelin kapitalından düzgün istifadə etməklə hər bir laureatın bir milyon dollara yaxın mükafat almasını, qeyri-rəsmi vəzifəsi isə həm mükafatın, həm də bu mərasimin məhz Alfred Nobelin ruhunda olmasını təmin etməkdir. Mister Sulmanın özü gizlətmir ki, mükafat dinamiti kəşf edən dahinin şəxsi həyatındakı uğursuzluqlar nəticəsində yaranıb. Əvvəlcə, hələ 17 yaşı olanda sevdiyi qız ona rədd cavabı verib, sonra isə evlənmək niyyətiylə yaxınlaşdığı bir baronessa az qala yatağından qaçıb. Həmin qadın pasifist olub deyə Nobel “Ən qatı pasifist” üçün xüsusi mükafat təsis edir və bu mükafata alim dünyasını dəyişəndən üç il sonra elə öz sevgilisi – həmin baronessa layiq görülür...
Sulmanın özü Nobeli bu qəbil ittihamlardan daim qorumağa çalışır. Deyir ki, onun ailəsi, uşaqları olsaydı, yəqin mükafat yadına düşməzdi. Nobel həyatda ailəni orijinal fəlsəfi görüşlərə dəyişəsi oldu. O belə hesab edirdi ki, nəsibinə böyük sərvət düşən insanlar korlanır, tənbəlləşir vz nəticədə kapital da havaya sovrulub puç olur.
Alfred Nobelin öz işindən savayı ən böyük həvəsi bədii ədəbiyyata, mütaliəyə idi – bunu alimin müasirləri yazır. Məhz elə buna görə də o çox istəyirdi ki, təsis etdiyi ədəbiyyat mükafatı daha nüfuzlu olsun. O hər gün azı 20, çoxu 40 məktub yazır və özünü bəlkə də qibtə etdiyi Lev Tolstoya bərabər tuturdu. Qısası, Sulman belə hesab edir ki, onun ailəsi olsaydı, həyatı tamam başqa məcraya düşərdi...
* * *
Çox az adam bilir ki, mükafatların təqdim olunduğu kral sarayından azacıq aralı bir qədim kafe var. Və bu kafedə “Nobel həftəsi” zamanı əyninə nimdaş smokinq geymiş qəribə qocalar toplaşır. Kənardan baxanda onları sabiq mafiya bosslarına oxşatmaq olar. Çox maraqlı insanlardı... Lakin onların yeganə işi mükafata layiq görülən şəxslərin bütün həyatını, bütün yaradıcılığını ağ yuyub qara sərməkdir. Nobel mükafatını alanların mərasim zamanı yol verdikləri gülməli hərəkətlərin siyahısını da məhz bu qocalar tutur. Onlar mərasim etiketinin ən qısqanc keşikçiləridir...
* * *
Hər il dekabrın 10-da həmin kafedə Nobelin dünyasını dəyişməsinin ildönümü münasibətiylə şamlar yandırılır. Kafedəki adamlar tərli pəncərələrə sinərək dəbdəbəli, bahalı deyil, sadəcə çox hörmətli, hər qarışında tarixin izləri uyuyan “Qrand otel”dən “seçilmişlərin” bir-bir çıxaraq məşq üçün kral sarayına necə getmələrinə tamaşa edirlər. Həmin məşq zamanı çəkiliş aparmaq da qəti qadağandır. Laureatların saraya toplaşmasının məqsədi az qala dövlət sirri kimi qorunur. Bu görüşün bütün təfərrüatını yalnız Nobel fondunun sədri Mixael Sulman və onun protokol üzrə köməkçisi olan xanım bilir. Onlar hər laureata tək-tək yaxınlaşaraq mərasim zamanı necə davranmalı olduqlarını, hardan çıxacaqlarını, harda duracaqlarını pıçıltıyla izah edirlər. Sonra laureatlara təklif olunur ki, üç səmtə baş əymək üçün məşq etsinlər. İki təzim salondakılara, ikisi də Əlahəzrət kralla, Ülyahəzrət kraliçaya ünvanlanmalıdır.
Utancaqlıqları, adamayovuşmazlıqlarıyla fərqlənən fiziklərə, kimyaçılara isə tamaşa etmək ümumiyyətlə yasaqdır; kənardan müçahidə olunduqlarını görəndə onlar adətən sıxılır, bildiklərini də unudurlar.
Qısası, həmin gün bəşər tarixinə adını yazan bu böyük şəxsiyyətlər saray etiketinin incəliklərini öyrənir, uşaq kimi məşq edirlər. Onların əksəriyyəti təzimin üç cür olduğunu burda öyrənir: “Salam təzimi” çənənin yüngül hərəkətiylə, “Ehtiram təzimi” boyunun əyilməsiylə və nəhayət Kral həzrətlərinə ünvanlanan “Təəbə təzimi” beldən əyilməklə edilir...
* * *
Kafedəki qisqanc qocalar 1968-ci ilin ədəbiyyat üzrə mükafatını alan Yasunari Kavabatanın təzim mərasiminin şitini necə çıxardığını indi də danışırlar. Yazıçı yaponsayağı beldən təzimləriylə həm protokola nəzarət edənləri, həm də elə kralın özünü çıxılmaz vəziyyətə salmışdı. Axı qəbul olunmuş etiketə görə, bel əyməklə edilən hər təzimə kral da təzimlə cavab verməli olurdu...
* * *
Qarşıdakı 2011-ci ildə mükafatın 110 illiyi qeyd olunacaq. Bu böyük müddətə baxmayaraq, mərasimdə tək bir detal dəyişib: əvvəllər parterdə oturan kralı indi səhnədə əyləşdirirlər.
Qocalar danışır ki, o zamanlar indiki kralın babası zalda, tamaşaçılar arasında oturduğundan bütün laureatlar ona təzim etmək üçün səhnədən enməli olurdular. Çili şairi Pablo Nerudanın başına gələnlər də məhz protokolun bu qismindən qaynaqlanırdı. Nerudanın gözləri zəif olduğundan zala enərkən pillələri görmədiyindən büdrəyərək az qalmışdı yerə sərilə. Tamaşaçılar arasında zirək bir qarı olmasaydı şair həqiqətən pis yıxılacaqmı... Qarı onun qolundan yapışır və Neruda protokolu pozaraq əvvəlcə qadına təşəkkürünü bildirir, sonra krala təzim üçün yoluna davam edir. Camaat arasında kral həzrətlərini seçə bilmir, təzimini də, təşəkkür sözlərini də bəzəkli geyinmiş saray gözətçisinə ünvanlayır...
* * *
Son dərəcə ciddi protokola əsasən, kimsə bu mükafatı adi kostyum və qalstukda ala bilməz – laureatın əynində mütləq frak, boğazında “kəpənək” bantı olmalıdır. Məhz elə buna görə də Nobel akademiyasının kral həzrətlərindən sonra ən mühüm şəxsi kral dərzisi – Yarl Dankvistdir. Laureatları yalnız o geyindirir. Bu biznes ona irsən keçib. Düz qırx il Nobel laureatlarının fraklarını onun atası tikib, indi isə həmin işlə özü məşğuldur. Onun üçün laureatlar dünya miqyaslı dahilər yox, xaşal qarınlı, saysız-hesabsız xəstəlikləri olan qocalardır. Yarl Dankvist yer üzündə yeganə adamdır ki, bu qədər parlaq zəka sahibini hər il alt tuman-köynəkdə görür. Adətən laureatların frakı olmayanları birovuz götürmək üçün onun atelyesinə gəlir, dərzi isə seçdikləri geyimi onların bədəninə oturdur. Təbii ki, bu tanınmış dərzi müştəriləri arasında məşhur şəxslərin olmasından qürur duyur. O deyir ki, alimlərin, yazıçıların hamısı son dərəcə istiqanlı, söhbətcil adamlardır, amma şalvarlarını çıxarandan sonra iki yerə bölünürlər. Bir qismi lətifə danışıb uğunur, digərləri isə ağır uşaqlıq illərini xatırlayaraq qüssə-kədərə qərq olurlar.
1993-cü ildə ədəbiyyat üzrə laureat, Amerikanın qaradərili yazarı xanım Toni Morrison Stokholma ziyafət paltarı olmadan gəlibmiş. Dankvist ona paltarı birovuz götürmək təklif edir. Morrison razılaşmır.
- Niyə istəmirsiniz ki? – deyə Dankvist ünlü yazardan soruşur.
- Mən ömrüm boyu frak geymək həsrətində olmuşam, fikirləşirdim ki, heç olmasa burada arzuma çataram...
Bu qısa dialoqun nəticəsində Dankvist qadına arxasında fraksayağı qoşa quyruğu olan ziyafət paltarı tikir...
* * *
Qabriel Qarsia Markes özüylə tamam başqa rəngdə jilet gətiribmiş – yaşıl xalları olan tünd boz jilet və təbii ki, bu da protokola heç sığmırmış. Dankvist bir gecədə onun üçün jilet tikmək istəyir. Markes isə özünü tərsliyə qoyur:
- Mən səhnəyə jiletsiz çıxacam.
- Jiletsiz olmaz.
- Jiletsiz olmazsa, lüt çıxaram!
Öz sözü Markesin o qədər xoşuna gəlir ki, protokola görə cavabdeh olan qızları bütün günü mərasimə çılpaq gələcəyilə qorxudur.
* * *
Semuel Bekket isə adət etdiyi aşırma şalvar bağından heç bir vəchlə imtina etmək fikrində deyilmiş. Yazıçı öz israrına dəlil kimi aşırma belbağının pencəyin altında görünməyəcəyini söyləyirmiş.
- Mən şalvarınızın belini qarsaram, əyninizdən düşməz, - deyə Dankvist onu yola gətirməyə çalışır.
- Ola bilməz, - Bekket qətiyyətlə cavab verir. – Siz mənin şalvarımı daralda bilməzsiniz, çünki mən belə mərasimlərə şalvarın altından qızdırıcı bağlayıb gəlirəm.
- Nəyə görə?
- Həkimim tapşırıb. Deyir ki, qanın beyinə vurmaması üçün ayaqları qızdırmaq lazımdır. Yoxsa bu cür mərasimlərdə mənin təzyiqim kəlləçarxa qalxar ki...
* * *
Sovet dönəminin Solojenitsin, Brodski və Pasternakdan savayı bütün laureatlarına isə frakı Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən atelyedə tikirdilər. Fizika elmi üzrə laureat olan Jores Alfyorovun dövründə isə həmin atelye artıq yox idi deyə, frakı İvanovo şəhərinin adi dərzisinə tikdirmək qərarına gəlirlər, amma atelyedə frak ülgüsü olmadığından, alınmır. Məcbur olurlar ki, ötən illərin laureatlarından olan akademik Kapitsanın köhnə frakını götürüb ondan model kimi istifadə etsinlər. İvanovolu dərzi işinin öhdəsindən yüksək səviyyədə gəlir. Onun tikdiyi fraka heç Dankvistin özü də irad tapa bilmir...
* * *
Bütün bu həftə Stokholmda böyük canlanma olacaq. Təntənələr adı mətbuat konfransı olan mötəbər yığıncaqla başlanır. Bu yığıncaqda mükafata layiq görülmüş xanımlar və cənablar şöhrət tacının niyə məhz onların başına qoyulduğunu əsaslandırmağa çalışırlar. Bu sadəcə özünüreklam deyil. Çünki Nobel komitəsinin nizamnaməsində deyilir ki, mükafat bəşəriyyətə ən çox xeyir gətirən insanlara verilir. Mətbuat konfransının məqsədi də məhz bu postulatı isbatlamaqdır.
* * *
Stokholm dekabrda həqiqətən ecazkar auraya bələnir. Dekabrda bütün şimal şəhərlərinə xas olan qış sazağını da Stokholmda duymazsan – dörd bir tərəf qaynayır, həyat coşqun bulaq kimi çağlayır. Sakitlik bircə kral sarayıyla üzbəüz kafedədir. Günlərini orada keçirən qəribə, sirli qocalar illər uzunu Nobel mükafatlarının təqdimat mərasiminin protokola uyğunluğuna nəzarət edir, hadisələri incələyirlər. Onların əməyi gözə görünməsə də çox mühümdür. Bu qocalar dahilik mərtəbəsinə ucalan şəxslərə dikbaşlıq üçün imkan vermirlər, çünki kimin nə vaxt və necə yıxıldığı, hansı şəraitdə və necə asqırdığı, burnunu necə qurdalayıb sildiyi, mərasimdə çıxış edərkən çaşqınlıqdan necə mənasız sözlər danışdığını yaddaşlarında möhkəm saxlayırlar... Və müasir dövr üçün əhəmiyyətsiz məbləğə baxmayaraq, Nobel mükafatının məhz Nobel mükafatı kimi qalması bəlkə də Odessa yəhudisi olan Mixael Sulmandan çox, bu qəribə qocaların xidmətidir...
* * *
Alfred Nobelin soyadını yaşadacaq birbaşa varisi yoxdur. Onun adı yalnız dinamitin kəşfi və təsis etdiyi mükafatla əlaqədar yaşayır. Dinamit artıq öz aktuallığını çoxdan itirib. İnsanlar daha qüdrətli, daha dəhşətli, daha təhlükəli silahlar kəşf ediblər. Mükafat isə hansı zirvədəydisə, elə oradaca durur. Həyat standartları, meyarlar yüksəldikcə, Nobelin zirvəsi də ucalır. Və vaxt gələcək öz dahiliyini məhz uzaqgörənliyilə isbatlamış bu şəxsin dözülməz xasiyyəti də, ailə-uşaq sahibi ola bilməməsi də, boz-bulanıq həyat sürərək dinamiti kəşf etməsi də unudulacaq. Alfred Nobel yalnız bəşər tarixində yer tutan insanların layiq görüldüyü mükafatla yaşayacaq.
İndi bu mükafatın Dubayda ortabab ev almaq üçün bəs etməyən məbləğinə rəğmən, yaşayacaq. Və kimlərsə Nobelin bir milyonunu almaq üçün milyardlar xərcləyəcək, İsveç kralıyla üzbəüz oturub çay da içəcək, zarafat da eləyəcək, amma Nobel mərasimində Əlahəzrət və Ülyahəzrətə bir təbəə sədaqətiylə beldən təzim etmək şərəfinə nail olmayacaq, bu dünyadan arzusu ürəyində köç edəcək...
Nə qədər ki, Stokholmda kral sarayıyla üzbəüz kafe var, nə qədər ki, nimdaş geyimli qocalar var, elə belə də olacaq...
İlqar Əlfioğlu

703