Kürdlər Suriyada muxtariyyət elan etdi
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 26-da Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Brəzaninin vasitəçiliyi ilə Ərbildə bir araya gələn Demokratik İttifaq Partiyası və Kürd Milli Şurası birləşmək və federativ dövlət yaratmaq barədə razılığa gəlib.
İkitərəfli razılaşmaya görə, bu siyasi təşkilatlar birgə təhlükəsizlik qüvvələri, ordu yaradacaq, sərhəd məntəqələri təşkil edəcək. Bu kürd partiyaları rəsmi Dəməşqdən Suriya federasiyası daxilində geniş muxtariyyət tələb edib.
Demokratik İttifaq Partiyası və Kürd Milli Şurası Suriya müxalifətinə münasibətdə isə hələ vahid mövqe sərgiləyə bilmir. Türkiyənin parçalanmasına çalışan PKK terror təşkilatına yaxınlığı ilə seçilən Demokratik İttifaq Partiyası Suriya müxalifəti ilə birliyin qəti əleyhinə çıxır. Kürd Milli Şurası isə bu məsələdə tərəddüd edir. Bununla belə, kürdlərin hər iki təşkilatı Türkiyə və Qətərin Suriyadakı proseslərə müdaxiləsinə qarşıdır.

Oxşar yazılar

Qonşu ölkədə təyyarə qəzaya uğradı-FOTO
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı - FOTO
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48