Qısa saçlara  QULLUQ QAYDASI
12 aprel 2021 18:34 (UTC +04:00)

Qısa saçlara QULLUQ QAYDASI

Qısa saçlara qulluq hər kəs üçün asan görünsə də, əslində belə deyil. Qısa saçın da özünəməxsus qulluq qaydaları var.

Lent.az xarici KİV-ə istinadən qısa saçlara qulluq qaydasını təqdim edir:
 
Çox daramayın

Hər gün daramaqla saçın təbii yağ balansı pozula bilər. Bu da saçın tez çirklənməsinə səbəb olur. 

Saç vasitələrindən uzaq olun

Saç üçün olan kimyəvi vasitələrdən, saçquruducudan istifadə etməyiniz məsləhət deyil. Bu vasitələr saçda rəng itkisinə, saç uclarının qırılmasını yardım edir. 

Saçınızı tez-tez kəsdirin

Saçınızın sağlam olması üçün davamlı olaraq kəsdirin. Ən azı ayda bir dəfə saç ustanızın yanına gedin. 

Quru saçlar üçün şampun

Hər gün yumaq saçınızın tez çirklənməsinə səbəb olacaq. Quru saçlar üçün olan şampun saçın gec yağlanmasına, parlaq görünüşünə yardım edəcək. 

Soyuq su ilə yuyun

Əgər saçınız qısadırsa, o zaman soyuq sudan istifadə edin. Soyuq su saç köklərində qan dövranını surətləndiri. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3267
avatar

Nigar Adil

Oxşar yazılar