Ev şəraitində bayram axşamı necə geyinməli? - Modelyerdən MƏSLƏHƏT
30 dekabr 2020 13:52 (UTC +04:00)

Ev şəraitində bayram axşamı necə geyinməli? - Modelyerdən MƏSLƏHƏT

Xanımlar bayramda özəl və gözəl görünməyə hər zaman önəm verirlər. Pandemiya səbəbilə çoxları Yeni ili əyləncə mərkəzlərində deyil, evdə qeyd edəcək. Bayram axşamı xanımlar ev şəraitində necə geyinməli, hansı rənglərdən istifadə etməlidirlər?

Lent.az suallarına  modelyer Şəlalə Maqsudova cavab verir:

“Ev şəraitində keçirilən bayram ilə əyləncə mərkəzinə geyinilən libaslar bir qədər fərqli olmalıdı. Hər zaman gözəl görünmək üçün bir-birlərilə rəqabət aparan xanımların seçimi çox vaxt dəbdəbəli ziyafət geyimləri olur.

Sadəlik özü bir gözəllikdi. Bayram axşamı xanımlara sadə geyimlərə üstünlük vermələrini məsləhət görərdim.”

Modelyer bu il torpaq rənglərinin dəbdə olacağını bildirir və xanımları geyim seçərkən buna diqqət etməyə səsləyir:

“Çox vaxt qadınlar Yeni il bayramında qırmızı rəngli libaslara üstünlük verirlər. Artıq bu il qırmızı rəng deyil, torpaq rəngləri dəbdə olacaq.”

 

# 2403
avatar

Nigar Adil

Oxşar yazılar