Türkiyənin məşhur cütlüyü Neslihan Atagül və Kadir Doğulu birlikdə tətilə gedib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa güzgüdən çəkdiyi şəkillərlə gündəm olub.
O, hörük formalı saçlarının fotolarını paylaşıb.
İzləyicilər bu fotolara “Bu niyə kəndçi kimi görünür, indi hörük qalıb” deyə fikirlər bildirib.
Neslihan isə “kəndçi kimi görünürsən deyənlər utanarmı, inanmam” deyərək izləyicilərinə cavab verib.
Qeyd edək ki, cütlüyün son vaxtlar boşanma xəbərləri yayılmışdı.