
İlk görüşdə bunları etməyin - FOTO

Sevdiyiniz biri ilə ilk görüşdə münasibətin davamlı olması üçün bəzi qaydalara əməl olunmalıdır. Unutmayın, telefonla mesajlaşmaq ilə görüş tamam fərqlidir.
Lent.az xarici KİV-ə istinadən ilk görüşdə cütlüklərə bunları etməməyi məsləhət görür:
Gecikməyin
İlk görüş sizin haqqınızda müəyyən fikir yaradacaq. Gecikməniz sizi məsuliyyətsiz kimi tanıtsa da, vaxtında deyilən ünvanda olmaqla qarşı tərəfin yaddaşında dəqiq biri olaraq qalacaqsınız.
Keçmiş sevgilinizdən danışmayın
Heç kim acı həyat hekayəsini dinləməyi sevmir. Keçmiş sevgilinizdən bəhs edərək qarşı tərəfə onu hələ də unutmadığınızı hiss etdirmiş olursunuz. Əslində isə keçmişi unutduğunuzu, gələcəkdə hər şeyin gözəl olacağına inandırın.
Ofsianta hörmət edin
Bu əslində hər zaman edilməsi doğru olan bir davranışdı. Sevgilinizin yanında ofsiantla kobud rəftar etməklə, qarşı tərəfin haqqınızda mənfi düşünməsinə şərait yaradacaqsınız.
Telefondan uzaq olun
İlk görüşdə telefondan asılı olduğunuzu hiss etdirmək heç də yaxşı əlamət deyil. Görüş zamanı diqqətiniz qarşı tərəfdə deyil, telefonda olarsa, həmin şəxsə hörmətsizlik etmiş olursunuz.
Hesabı birgə ödəməyi təklif edin
Restoranda axşam yeməyinin sonunda hesabı kimin ödəməli olduğu hər zaman mübahisə yaradır. “Kişilər hər zaman hesab ödəməlidir”, deyə bir qanun yoxdur. Yaxşı olardı ki, ilk görüşdə hesabı birgə ödəmək istəyinizi bildirin.
Onu və fikirlərini təhlil edin
Mesajlama zamanı müzakirə olunan mövzuları bir də görüşəndə üzbəüz müzakirə edin. Qarşı tərəfin bədən dilini oxumağı bacarsanız, o zaman onun fikirlərində nə qədər səmimi olduğunu hiss edəcəksiniz.

Nigar Adil
Oxşar yazılar

Boşanan arvadına ev işləri üçün təzminat ödəyəcək
25 fevral 2021 , 15:27
Xoşbəxt evliliyin 4 sirri - FOTO
16 fevral 2021 , 19:50
“Niyə belə qorxu ilə qarşılayırlar, hamı bir sevişmənin məhsuludur” - Cəlil Cavanşirlə sevgi söhbəti
14 fevral 2021 , 10:00
Sevgililər günü qarşı tərəfin bürcünə görə hansı hədiyyələri almaq olar?
14 fevral 2021 , 09:04
Azərbaycanlı biznesmen məşhur balerinadan niyə ayrıldı? - FOTOLENT
12 fevral 2021 , 19:04
Əri ilə anasını yataqda tutan qadın nələr etdi...
11 fevral 2021 , 11:18
Tələbə qız özündən 51 yaş böyük kişi ilə evləndi - FOTO
10 fevral 2021 , 19:57