Paulo Dybala və Oriana Sabatini
07 aprel 2021 19:33 (UTC +04:00)

Paulo Dybala və Oriana Sabatini

Gözəl aktrisa "Yuventus"un futbolçusu ilə darıxır - SƏBƏB

“Yuventus”un argentinalı hücumçusu Paulo Dybalanın uzun müddətli sevgilisi Turin komandasının liderlərindən birindən ayrılmaq üzrə olması şayiələrə təkan verib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, cənubi amerikalı müğənni, aktrisa və model Oriana Sabatini, Turindəki darıxdırıcı həyatından şikayətlənir. 

“Problem budur ki, Turində demək olar məşöul olacağım bir şey yoxdur. Və bu olduqca darıxdırıcıdır. Həftə sonu olan kimi başqa yerlərə gedirik, çünki Paulo da bir şey etmək istəyir. Boks dərslərinə getməyə, yemək bişirməyə, fortepiano arxasında mahnıları oxumağa və yazmağa çalışıram”, - Sabatini deyib. 

Daha əvvəlki informasiyaya görə, “Yuventus”un Dybala'nın Makennidəki evdə qonaqlıqda iştirak etdiyi üçün argentinalı ilə yeni müqaviləsindən imtina edib.

“Paulo komanda yoldaşları ilə şam yeməyində bir araya gəlib, bu hər çərşənbə günü olur. Hər dəfə eyni insanlar gələndə təxminən on nəfər oluruq, bilmirəm iyirmiyə yaxın niyə yazırlar. İnsanlar, sadəcə münaqişə yaratmağa çalışırlar”, - Sabatini vəziyyəti belə şərh edib. 

Oriana tanınmış Latın Amerikası aktyorları Katrin Fulop və Osvaldo Sabatinin qızıdır. Oriana həm də əfsanəvi argentinalı tennisçi Qabriela Sabatininin qardaşı qızıdır.


 

# 4167
avatar

Oxşar yazılar