İsveçrədə eynicinslilərin evlənməsinə qanunla icazə verilib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, ölkədə keçirilən referendum nəticəsində seçicilərin 64 faizi eynicinslilərin evliliyinə razılıq verib.
5,5 milyon seçicidən təxminən 3 milyonu referendumda iştirak edib. Onlardan 36 faizi eynicinslilərin evliliyinin əleyhinə səs verib.
Bundan əlavə, ailə quran eynicinslilər övladlığa da uşaq götürə biləcək.