İndoneziyanın Mərkəzi Yava əyalətində bəy toy günü ünvanları qarışdıraraq yad gəlinin evinə gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu maraqlı hadisə “Google Maps”dakı bir qəza səbəbindən meydana gəlib.
Yerli ənənələrə görə, toy günü bəy gəlinin evinə gedir, orada görüşür və sonra evlənir.
“Google Maps”dakı səhv kişini və onun qonaqlarını başqa bir kəndə gətirib,, burada təsadüfən bir toy məclisi qurulub və qonaqlar gevikən bəyi gözləyirmişlər.
“Bu adamı müşayiət edənləri görəndə heyrətləndim, çünki heç birini tanımadım”, - gəlin Mariya Ulfa deyib.
Qohumlarından biri təsadüfən bəylə qonaqlarının başqa bir kənddən gəldiyini öyrənib. Buna baxmayaraq, toy karvanını çox isti qarşılayıblar. Daha sonra bəyə doğru yol söylənilib və o, sağ-salamat həyat yoldaşına qovuşub.