Azərbaycanlı biznesmen məşhur balerinadan niyə ayrıldı? -  FOTOLENT
12 fevral 2021 19:04 (UTC +04:00)

Azərbaycanlı biznesmen məşhur balerinadan niyə ayrıldı? - FOTOLENT

Məşhur balerina Anastasiya Voloçkova keçmiş sevgilisi olan Azərbaycan əsilli iş adamı Bəxtiyar Səlimovla niyə ayrıldığını izah edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, cütlük bir neçə il əvvəl Sevgililər Günündə tanış olublar, Voloçkova onu "xəyalların adamı" adlandırıb. Balerina qeyd edib ki, onunla həm ehtiraslı, həm də həyəcanlandırıcı bir əlaqəsi olub.

Balerina sevgilisinin Vladivostokda, özünün isə Moskvada yaşamasına baxmayaraq, bir neçə dəqiqə onunla zəng edib söhbət etmək üçün gecə yatmadığını da vurğulayıb. 

Məlum olduğu kimi, Bəxtiyar Səlimovun dostları onun Voloçkova ilə münasibətlərinə qarşı idilər, dedi-qodu yaymağa başlamışdılar. Bununla birlikdə, Voloçkova qarayaxma və xəyal yox, əsl sevgi istəyib. 

Balerina və biznesmenin münasibəti 9 ay davam edib, sonradan onlar ayrılıblar. 

Anastasiya, Bəxtiyara qarşı hələ də həssas hisslər keçirdiyini etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6633
avatar

Oxşar yazılar