13 yaşlı blogger Paşa ilə romantik münasibətlərə başladığını elan edərək ukraynalıları sarsıdan səkkiz yaşlı qız Milananın babasının Ali Radanın aqrar və torpaq siyasəti məsələləri üzrə komitəsinin katibliyinin baş məsləhətçisi Sergey Şumeykonun olduğu üzə çıxıb.
Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, qızın sosial şəbəkələrdən birindəki səhifəsində qohumlarının siyahısı var.
Babası kimi 1962-ci il təvəllüdlü Sergey Şumeyko göstərilir. Eyni məlumatlara sahib olan şəxs Ukrayna Ali Radasının aqrar və torpaq siyasəti komitəsinin katibliyinin baş məsləhətçisidir.
Ali Radanın Aparatında telefona cavab verən şəxs qızın babası olduğunu təsdiqləyib.
Nəvənizin fotoşəkilləri ilə qalmaqala necə reaksiya verdiyini soruşduqda, o, belə cavab verib: "Mən bununla xüsusi maraqlandırmıram, əhəmiyyət vermirəm. Anası var, özünün rəyi var".
Xatırladaq ki, Kiyevdən olan 8 yaşlı ukraynalı model Milana Maxanates “Instaqram”da 13 yaşlı blogger Paşa ilə münasibətlərini elan edib. Qız öz səhifəsində sevgilisinin qucağında çəkdirdiyi bir şəkil yayımlayıb. Onlarr birlikdə video çəkirlər, kinoya gedirlər və öpüşürlər.