Zorlanan 14 ana, 3 yaşlı qızcığazın DƏHŞƏTİ -  Lent.az ın  “Cinayət DOSYESİ”ndə
20 fevral 2023 20:15 (UTC +04:00)

Zorlanan 14 ana, 3 yaşlı qızcığazın DƏHŞƏTİ -  Lent.az ın “Cinayət DOSYESİ”ndə

32 yaşında artıq 14 qadını zorlamışdı. Özü də bunu xüsusi şərtlər altında edirdi...

Bu soyuqqanlı cinayətkar uzun illər gənc qadınların, əsasən də gənc anaların kabusuna çevrilmişdi.

Niyə məhz gənc analar? Bu qədər zalımlıq nə üçün idi?

Cinayət DOSYESİ – 013

Əvvəlki yazı

Lent.az-ın “Cinayət Dosyesi” layihəsinin 13-cü bölümündə sizə yuxarıdakı suallara cavab tapmağa çalışacağıq. Layihəmizin bu dəfəki “qəhrəman”ı dəhşətli təcavüzkar Endryu Barloudur. Qəddarlığı, amansızlığı və iyrəncliyi ilə tarixə öz adını yazdıra bilən bu şəxsin cinayət işi yenə gündəmə gəlib. Bu barədə bir qədər sonra.

80-ci illərdə İngiltərədə gənc anaların qorxulu yuxusu, ən böyük təhlükəsinə çevrilən gənc kişi o vaxt Mançesterdə yaşayırdı. Gənc olsa da içi qəddarlıqla qocalmışdı. Barlou eyni bölgədəki gənc qadınları və əsasən də gənc anaları hədəfə alırdı.

O, “şikarını” xüsusi olaraq seçirdi. Bir müddət onları izlədikdən sonra qadınların evlərinə gizli girməyin yollarını axtarırdı. Bu onun üçün o qədər də çətinlik törətmirdi. Evə gizlicə girən və özünü “cəngavər” hesab edən bu varlıq gənc və mühafizəsiz anaları silahla hədələyirdi. O, bununla da kifayətlənməyib təhqirlərə, qarşısındakının şəxsiyyətini ayaqlar altına almağa başlayırdı. Bu serial cinayətlərdə isə ən dəhşətli məqam o idi ki, bütün bunları edərkən qurbanların uşaqlarının evdə olmasını istəyirdi. Bəli, yuxarıda qeyd etdiyimiz kimi, bu qəddar insanın əsas şərtlərindən biri o idi ki, anaları uşaqlarının gözü qarşısında xüsusi amansızlıqla zorlasın, təhqir etsin.

3 YAŞLI QIZCIĞAZIN DƏHŞƏTİ

Bu cinayət hadisələrini oxuduqca, insanda belə bir sual yaranır. Bu zalım varlıq analara zülm etmək istəyir, yoxsa onun məqsədi başqadır? Onun cinayətləri qadına təcavüzdən daha fərqli bir şeydir. O gənc anaları məhz balaca uşaqlarının gözü qarşısında zorlayaraq o körpələrin gözündəki dəhşətdən sanki ləzzət alırmış, bəslənirmiş. Onun üçün bu dəhşəti, çarəsizliyi izləmək hər şeydən öndə gəlirmiş.

Adelyanın (ad şərtidir) vəhşəti zamanı da belə oldu. Gənc ananın 26 yaşı var idi. O, 3 yaşlı körpəsi ilə Şeffilddəki evində xoşbəxt yaşayırdı. Başına gələcək bu qorxunc hadisə heç onun yuxusuna belə girməzdi. Amansız cinayətkarın hədəfinə çevrildiyindən xəbərsiz idi.

Adelyanın uşağı ilə birlikdə evdə tək olduqlarından əmin olan Barlou gizlicə, qapını xüsusi vasitələrlə açaraq içəri girir. Bu azğın şəxsin əlində o zaman “atvyorka” var idi. O gənc ananı bununla hədələyir. Fiziki cəhətdən Adelyadan çox güclü olan Barlouya onu təslim almaq o qədər də çətin deyildi. Qadın nə qədər çırpınsa da o murdar olaydan canını qurtara bilmir.

Bütün bu inanılmaz hadisələr baş verdikdə isə təcavüzə məruz qalan ananın 3 yaşlı qızı evdə idi. O, dəhşət içində divanın altın girir və qorxu saçan baxışlarla bu iyrənc hadisəni izləyir. Barlou uşağın hadisəni izlədiyindən əmin idi. Nə gənc ananın harayı, nə də ki, balaca qızcığazın məsum qorxusu onu vəhşiliyi törətməkdən uzaqlaşdıra bilmədi. Qəlbi daşlaşmış, iyrənclikdən bəslənən Barlou cinayət əməlini sonacan yerinə yetirir.

Polislər onun yalnız 1988-ci ildə yaxalaya bilir. Bütün İngiltərəni qorxuya salan şəxsi ömürlük həbsə məhkum edirlər.

İndi 66 yaşlı Endryu Barlou azadlıq istəyir. Və demək olar ki, nail olur.

Ədliyyə nazirinin etirazlarına baxmayaraq, tutulduğu gündən həbsdə olan Barlou üçün yeni qərar verilib. Belə ki, 34 ildən çox həbsxanada qaldıqdan sonra Şərti Azadetmə Şurasının məhkumu azad etmək səlahiyyəti var. Bu yaxınlarda həmin Şura Barlounun azadlığa buraxılmasına qərar verdi. Britaniya Baş nazirinin müavini Dominik Raab bu azadlıq qərarına qarşı çıxdı. Lakin Şurası onun bu müraciətini rədd edib.

Raab isə bu rədd cavabı ilə razılaşmır. O, qərarın yenidən nəzərdən keçirilməsini tələb edir. Bildirir ki, ekspert psixologiji sübutlarını lazımi şəkildə nəzərə almayıb və cinayətkar hələ də cəmiyyət üçün risk təşkil edir.

Və çox maraqlıdır ki, psixoloqun hesabatlarından biri Barlounun sərbəst buraxılmasının "təhlükəsiz" olduğunu, digəri isə "açıq həbsxanada daha çox sınaqdan keçməsinin tələb olunduğunu" ifadə edir.

Məsələyə artıq Ali Məhkəmə qərar verməlidir.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14478
avatar

Cavidan HUN

Oxşar yazılar