Ben Ladenlə ortaq dostları olan dövlət başçısı - Böyük Manipulyator
21 yanvar 2025 15:50 (UTC +04:00)

Ben Ladenlə ortaq dostları olan dövlət başçısı - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

10-cu hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

Amma bu yüksək riskli səfərin əsl təşkilatçısı keçmiş diplomat, Ardian investisiya qrupunun rəhbərlərindən biri Fransua-Ayssa Tuazidir. Bu məşhur investisiya şirkəti üçün Fransua-Ayssa Tuazi yaxın şərq və cənubi Asiya bölgələrində aktiv olan milyardlarla avro idarə edir.

Bir müddət sonra bu investisiya şirkətinin filiallarından biri – makler sığorta şirkəti – Emmanuel Makronun prezident kampaniyasının maliyyə təminatında həlledici rol oynayacaq. Seçki kampaniyasına pul toplayanlardan biri etiraf edir ki, “Tuazi gələcək prezident Makronun seçki kampaniyasında çox böyük rol oynadı”.

Makronun bandasına qoşulmazdan əvvəl bu adam, solçular partiyasından olan Arno Montburqa və sağçılar partiyadan olan Brüno Lö Merə kömək etmişdi. Resurslarla dolu bu adam nəinki Makrona Əlcəzairə səfər etməyi məsləhət görür, həm də onun əlinə bu ölkədəki “bağlı qapıların açarlarını” da verir. Ona görə də bu səfəri Fransua-Ayssa Tuazi şəxsən özü – seçki kampaniyasının təşviqat qruplarından xəlvət hazırlayır. Onun adı heç bir təşkilat orqaniqramında görünmür. Ancaq bu “səhv” tez bir zamanda “düzəlir”: 14 iyul 2018-ci ildə – Fransanın milli bayramı günü Fransua-Ayssa Tuazi prezident tərəfindən Fəxri Legion medalı ilə təltif olunur. Makron Tuazinin keçdiyi həyat yolunu çox bəyənir və bunu hamıya etiraf edir. Onun əsilləri Kabildən olan, Əlcəzair Fransanın müstəmləkəsi olanda Fransanın siyasətini dəstəkləyən valideynləri Əlcəzair müstəqillik qazanandan sonra, Fransaya köçüb Normandiyanın Drö şəhərində məskunlaşıblar. Sadə bir zəhmətkeş ailəsindən çıxan Tuazi, tədricən dövlət səviyyəsində ən yüksək pillələrə qalxacaq. Hamı ilə ünsiyyət qurmağı bacaran, hamı ilə dil tapan bu adam öz bacarığı sayəsində Xarici İşlər Nazirliyində müxtəlif funksiyalarda çalışandan sonra Xarici İşlər naziri Filip Duste-Blazinin xüsusi müşaviri vəzifəsinə təyin olunur. (2005-2007-ci illər arasında Dominik dö Villpənt Baş nazir olan vaxt) Bu illər ərzində Tuazi həm Parisdə, həm də Əlcəzairdə özünə yaxşı çevrə toplayır və hər yerdə sözü keçən bir şəbəkə yaradır. Tuazinin əmisi oğlu əvvəllər Journal du dimanche qəzetində ştatdankənar müxbir kimi çalışan, sonra isə “Tout sur Algérie” (Əlcəzair haqqında hər şey) saytının nəşriyyat direktoru keçən Lun Qemaş onun üçün bir çox qapıları açır. Fransada Tuazi müxtəlif təbliğat işlərinə də qatışır – Azad Siyasi Fikirlər İnstitutunun banisi Klod Bebearlə, eləcə də onun kimi Normandiyanın Drö şəhərində böyüyən xalası qızı Kler Tassadi Hudla bir sıra məsuliyyətli işlər görür. Yeri gəlmişkən, bu qadın (Kler Tassadi Hud) yeddi il ərzində Paris Şurasının seçilmiş üzvləri üçün xüsusi missiya icraçısı kimi çalışandan sonra Siemens və Pitney Bowes kimi müxtəlif beynəlxalq qruplarda insan resursları direktoru kimi bütün dünyanı gəzir... Fransaya qayıtdıqdan dərhal sonra Kler Tassadi Hud, Emmanuel Makronun seçki kampaniyasına qoşulur və hətta ondan çox-çox əvvəl kampaniyada çalışan komanda üzvlərinə kömək əli uzadır. Kler kampaniyanın daxilində müxtəlif qruplara rəhbərlik edəndən sonra Parisin məşhur və adlı-sanlı məhəllələrində “Hərəkətdə olan analar” adlı təbliğat qrupu yaradır. Makronların cütlüyünə yaxın olan Kler Tassadi Hud prezident seçkilərindən sonra boya-başa çatdığı Drö şəhərində Makronun yaratdığı LREM partiyası tərəfi ndən deputatlığa namizəd versə də, seçkilərdə uğur qazanmır.

Filip Duste-Blazinin və Dominik dö Villpəntin yaxın dostu olan Fransua-Ayssa Tuazi prezidentliyə namizəd Makronu Əlcəzairə səfərində onu müşayiət edən nümayəndə heyətinin tərkibinə lobbiçi Abdu Malaşı da daxil edir. Xarici İşlər Nazirliyində Tuazinin Moris Qurdolt-Montayn və əvvəllər Qətər və Səudiyyə Ərəbistanında Fransanın səfiri olmuş Bertran Bezanseno kimi dostları var. Ərəbistan yarımadasının, eləcə də ərəb mədəniyyətinin gözəl bilicisi kimi tanınan bu keçmiş diplomat, həm iş adamı Mazen Al Savvaf, həm də Kral Abdallahın dövründə qılıncının dalı da, qabağı da kəsən Ben Ladenin yaxın qohumları ilə də işləyib. (Fransua Hollandın prezident olduğu ilk illərdə) Elə həmin vaxtlar Ayssa Tuazi Səudiyyə Ərəbistanına tez-tez səfər edən, Məhsuldarlıq naziri Arno Montburqla tanış olur. Amma onun müəllimi, onun məsləhətçisi tamamilə başqa bir adamdır –Aleksandr Djurinin yaxın dostu, Sarkozinin dövründə Müxtəliflik və Bərabərlik Şansı komissiyasının komissarı olmuş franko-əlcəzairli iş adamı Yezid Sabeq.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749
avatar

Oxşar yazılar