
“Fransa senatının Qarabağın müstəqilliyini tanıması ikiüzlülükdür" - Rusiyalı deputat
"Əgər Fransa hakimiyyətinə insanların öz müqəddəratını təyin etməsi elə vacibdirsə, demokratik dəyərlərə və digər xalqların səylərinə hörmətlə yanaşma mövqeyi düşünülmüş siyasi oyun deyil, həqiqətən səmimidirsə, onda Dağlıq Qarabağın müstəqilliyinin ardınca Krımın Rusiya ərazisi olması haqqında qərar qəbul edilməlidir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet RİA Novosti agentliyinə açıqlamasında bildirib.
Krım regionundan olan deputat Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından sonra Fransa senatının Krımın Rusiya ərazisi olduğunu tanımasının məntiqi addım olacağını söyləyib: “Bu gecikmiş, amma məntiqi addım olar. Əks halda, fransalı senatorların qərarı ikiüzlülükdən başqa bir şey deyil”.
Rusiyalı deputatın sözlərinə görə, Fransa senatının Qarabağla bağlı qərarı Türkiyəyə münasibətdə geosiyasi tapşırıqları həll etmək üçün düşünülmüş “siyasi oyun”dur: “Krıma münasibətdə Fransa tamamilə başqa siyasi oyun aparır. Mən inanmıram ki, fransalı senatorları Dağlıq Qarabağdakı insanların taleyi narahat edir. İnanmıram ki, onlar Krımı tanıya bilərlər. Əgər Fransa tərəfi həqiqətən insanların qayğısına qalsaydı, hərbi münaqişəni çoxdan dayandırmağa, Qarabağda insan itkilərinə imkan verməməyə cəhd edərdilər, necə ki, bunu Rusiya öz sülhməramlılarını yerləşdirərək etdi”.

Oxşar yazılar

ABŞ siyasətində yeni dalğalanmalar və dünya düzəni
23 yanvar 2021 , 17:14
Prezident akademiki "Şöhrət" ordeni ilə təltif etdi
23 yanvar 2021 , 15:39Əsgərimiz minaya düşərək şəhid oldu - FOTO
21 yanvar 2021 , 21:44
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
21 yanvar 2021 , 18:51
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2021 , 12:08
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
20 yanvar 2021 , 12:00
20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08