Üç gün öncə Bərdədə öz qohumunu öldürməkdə ittiham edilən qadın şərti azadlığa buraxılması üçün rayon məhkəməsinə müraciət edib.
Lent.az-ın məlumatına görə, müraciət üzrə cinayət işi hakim Qamət Əbilovun icraatındadır.
Qeyd edək ki, hüquq mühafizə orqanlarının yaydığı məlumata görə, noyabrın 10-da saat 11 radələrində Bərdənin Mollalı kənd sakini Mehralıyeva Nərmin Güloğlan qızı odlu silahdan atəş açaraq birgə yaşadıqları qohumu Hacıyeva Sevda İsa qızını öldürüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, N.Mehralıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.