“Qarabağ”ın təxirə salınan oyunu ilə bağlı QƏRAR
21 oktyabr 2020 10:49 (UTC +04:00)

“Qarabağ”ın təxirə salınan oyunu ilə bağlı QƏRAR

Azərbaycan Premyer Liqasının V turunun təxirə salınmış “Qarabağ” – “Səbail” oyununun vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, qarşılaşma gələn il baş tutacaq.

Oyun 2021-ci il fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, qarşılaşma milli komandaların hazırlıq prosesi ilə bağlı təxirə salınmışdı.

# 985
avatar

Oxşar yazılar