“Barselona”nın prezidenti qovulur?
07 oktyabr 2020 15:23 (UTC +04:00)

“Barselona”nın prezidenti qovulur?

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Bartomeu vaxtından əvvəl postundan uzaqlaşdırıla bilər.

Apasport.az saytının məlumatına görə, klubun üzvləri arasında aparılan etimadsızlıq sorğusunda Bartomeunun əleyhinə tələb olunan sayda səs yığılıb.

Xordi Farrenin təşəbbüsü ilə başladılan səsvermədə 20 min 687 nəfər prezidentin ayrılmasını istəyib ki, onlardan 16 min 521-nin səsi qeydə alınıb. Bu da etimadsızlığın qəbul olunması üçün kifayət edib. Klubun idarə heyətinin bu üzdən növbədənkənar iclası olacaq və Bartomeunun postunda qalıb-qalmayacağı səsvermə ilə müəyyənləşdiriləcək.

İddialara görə, Bartomeu qovulmamaq üçün özü istefa verməyi planlaşdırır.

Qeyd edək ki, Xosep Bartomeunun prezidentlik müddəti 2021-ci ilin martına qədərdir.

# 988
avatar

Oxşar yazılar