Dələduzluq edən keçmiş məhkum tutuldu
05 oktyabr 2020 12:17 (UTC +04:00)

Dələduzluq edən keçmiş məhkum tutuldu

Dələduzluq edən Ağsu şəhər sakini saxlanılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxs E.Hacıyevi və N.Mütəllimovu aldadaraq ümumilikdə onlardan 8500 manat pul alıb.

Ağsu rayon Polsi Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Nəsirov saxlanılıb.

# 712
avatar

Mehman Nəbiyev

Oxşar yazılar