Ailəsini düşmən hücumundan belə xilas etdi...  - FOTO
05 oktyabr 2020 11:11 (UTC +04:00)

Ailəsini düşmən hücumundan belə xilas etdi... - FOTO

Ermənistan ordusunun uzaqmənzilli raket hücumu nəticəsində evi zədələnən azərbaycanlı Mais Məmmədov, dağıntılar altında qalan ailəsini əlləri ilə qazıyaraq xilas edib.

Azərbaycan ordusunun ərazilərini qurtarmaq üçün başlatdığı əməliyyatda mövqelərini bir-bir itirdikdən sonra geri çəkilən Ermənistan ordusu, Azərbaycanın cəbhə xəttindən uzaq ərazilərdə mülki yaşayış məntəqələrini hədəf almağa davam edir.

Ermənistan ordusu dünən axşamdan bu səhərədək Beyləqana və şəhərin mərkəzinə çox sayda uzaqmənzilli raket atıb.

Hücumda bir çox ev dağılıb istifadəsiz hala düşərkən, 44 və 22 yaşlı iki bacı da dağıntılar altında qalaraq can verib...

Raketlərin vurulduğu yerdə böyük çuxurlar əmələ gəlib və ətrafdakı bütün tikililər zədələnib.

Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücum nəticəsində Beyləqan şəhərində yaşayan Mais Məmmədovun evi də tamamilə dağılıb. İkisi uşaq olmaqla həyat yoldaşı, qızı və qonaqları ilə birlikdə ümumilikdə 5 nəfər dağıntılar altında qalıb.

Yaşadıqlarını Türkiyə mətbuatına danışan Məmmədov, ailəsinin bir möcüzə ilə xilas olduğunu söyləyib. 

Qonşusu ilə küçədə gözləyərkən təyyarənin səsinə bənzər bir səs eşitdiklərini və daha sonra şiddətli bir partlayış olduğunu qeyd edən Məmmədov, dərhal evlərinə qaçdıqlarını və kədərli bir mənzərə ilə qarşılaşdıqlarını söyləyib.

Yıxılan evlərinin qalıqlarını axtarmağa başladıqlarını söyləyən Məmmədov, "Bir uşaq ayağımı tutdu. Çöldə yalnız bir əl görünürdü. Mənim qızım olduğunu anladım. Dərhal əllərimizlə qazmağa başladıq. Onları növbə ilə dağıntıdan çıxardıq. Bizi belə qorxuda bilməzlər. Vətən sağ olsun. Ermənistanın etdiyi namərdlikdir. Şəhidlərimiz, əsgərlərimiz üçün 100 belə ev qurbandır", - deyib.

 

# 694
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar