“Azərbaycan Silahlı Qüvvələri dəqiq raket zərbələri ilə Azərbaycan ərazisində olan legitim hərbi obyektləri neytrallaşdırır”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Vardenis və Gorus şəhəri yaxınlığından Azərbaycana raket zərbələri endirilir: “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu bütün region üçün təhlükədir. Ermənistanın hazırkı rəhbərliyi də region üçün təhlükədir. Gəncə, Tərtər və digər şəhərlərimizin əhalisi qorxmadan bu hücumlara sinə gərirlər. Bütün bunlar sənədləşdiriləcək və aidiyyəti beynəlxalq təşkilatlara təqdim ediləcək. Azərbaycanın peyk texnologiyası ilə atılan raketlərin trayektoriyası dəqiqləşdiriləcək və beynəlxalq təşkilatlara təqdim olunacaq”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Xankəndi yaxınlığında artilleriya nöqtələri sıradan çıxarılıb: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır”.

“Xankəndi yaxınlığında düşmənin artilleriya nöqtələri sıradan çıxarılıb” - Hikmət Hacıyev
Oxşar yazılar

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05