11:00
03 Oktyabr 2020

Veljko Kajtazi: “Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməlidir”

“Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin alovlanmasından təəssüflənirik”.

APA-nın məlumatına görə, bunu Xorvatiya parlamentinin deputatı, qurumun İnsan hüquqları komitəsinin üzvü Veljko Kajtazi qanunverici orqanın iclasında deyib. O, iki ölkə arasında münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Deputat son günlərdə Ermənistanın təxribatı nəticəsində onlarla dinc insanın ölümündən kədərləndiyini bildirib:

“Təəssüf ki, gərginlik getdikcə artır, 2020-ci ildə birgəyaşayış və sərhəd məsələləri münaqişə yolu ilə həll olunur. Dinc insanların ölümü Cenevrə Konvensiyasının pozulması deməkdir”.

Deputat, həmçinin həmkararını və Xorvatiya hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. Bildirib ki, münaqişənin yeganə həll yolu sülh yoludur. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır.

Dİgər xəbərlər