Xaricdən gətirilən siqaretlər ölkəyə buraxılmadı
23 sentyabr 2020 10:55 (UTC +04:00)

Xaricdən gətirilən siqaretlər ölkəyə buraxılmadı

Gürcüstandan gələn "DAF" markalı yük avtomobilləri "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2200 ədəd "Marlboro Edge" markalı siqaretlər aşkar edilib.

# 844
avatar

Mehman Nəbiyev

Oxşar yazılar