Kofenin daha bir faydası
22 sentyabr 2020 09:14 (UTC +04:00)

Kofenin daha bir faydası

Qəhvə barədə daha bir araşdırma aparılıb. Bu dəfə bu içikinin xərçəngin ən geniş yayılan növü ilə mübarizədə faydaları açıqlanıb.

e-tibb.az xəbər verir ki, ABŞ-dakı Dana-Farber Xərçəng İnstitutunun alimləri, gündə bir neçə fincan qəhvə içməyin kolorektal (yoğun bağırsaq) xərçəng xəstələrinin sağ qalma şansını artırdığını, vəziyyətlərini yaxşılaşdırdığını və xəstəliyin şiddətlənmə riskini azaltdığını bildiriblər. Bu içkinin bədxassəli şişlə mübarizədə faydası barədə “JAMA Onkology” nəşrində dərc olunan məqalədə vurğulanıb.

Mütəxəssislər, yoğun bağırsağın metastatik xərçəngindən müalicə olunan 1171 xəstə barədə məlumatları analiz edib. Gündəlik iki və ya daha çox fincan qəhvə içdiyini bildirənlər, qəhvə içməyənlərə nisbətən daha uzun ömür sürüblər və onlarda metastaz vermə prosesi ləngiyib. Yəni dörd fincan qəhvə içməyin faydalı olduğu məlum olub. Hətta təkibində kofein olmayan kofe içəndə belə, bu təsir öz qüvvəsini göstətib.

Tədqiqatçılar bu tapıntının səbəbi haqqında dəqiq bir məlumat vermədiyi halda, qeyd olunub ki, həqiqətən, qəhvənin tərkibində inkişaf etmiş xərçəngə qarşı təsir göstərən antioksidantlar və iltihab əleyhinə birləşmələr kimi maddələrin olduğuna inanırlar. Amma buna baxmayaraq, mütəxəssislər hələ şişdən əziyyət çəkən xəstələrə kofe içməyə dair tövsiyələr verməyiblər.

 

# 4039
avatar

Oxşar yazılar